Lətif Kərimov anıldı
18 noyabr 2010 15:26 (UTC +04:00)

Lətif Kərimov anıldı

Lent.az-ın məlumatına görə, tədbirdə görkəmli xalçaçı alim, xalq rəssamı Lətif Kərimovun 15 eskizi sərgilənib. Bundan başqa 2007-ci ildə Parisdə YUNESKO-nun iqamətgahında alimin 100 illik yubileyi münasibətilə keçirilən “Azərbaycan xalçası” və “Azərbaycan xalça sənəti” mövzusunda beynəlxalq simpozium üçün hazırlanıb çap edilmiş 2 cildlik “Lətif Kərimov fenomeni” kitabı da nümayiş olunub.

Tədbirdə muzeyin şöbə müdiri Aygün Abbasova çıxış dünyada ilk xalça muzeyinin Azərbaycanda açılmasında Lətif Kərimovun təşəbbüsü və böyük zəhməti olduğunu vurğulayıb. O bildirib ki, məhz Lətif Kərimov ilk dəfə Azərbaycan xalçalarını tam olaraq tədqiq edib, onları növlərə, qruplara, məktəblərə ayırıb.

Sənətşünas Kübra Əliyeva isə xalçaçı rəssamın həyat və yaradıcılığı barədə geniş məlumat verib.

Daha sonra Lətif Kərimova həsr olunmuş “Ömrün naxışları” filmi təqdim olunub. İlk dəfə nümayiş etdirilən və alimin şəxsi arxivindən götürülən bu film 1990-cı ildə bir jurnalist tərəfindən lentə alınıb.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2333

Oxşar yazılar

Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34