Mənsum İbrahimovun yubileyi Ağdamda da qeyd olundu
Ağdam rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan yubiley tədbiri Quzanlı kəndində İdman Olimpiya Kompleksində baş tutub. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov açaraq yubilyarın həyat və yaradıcılığına nəzər salıb. Mənsum İbrahimovun Ağdam torpağının yetirdiyi unudulmaz sənətkarlardan biri olduğunu qeyd edib.
Fəxrəddin Hacıbəylinin idarə etdiyi tədbirdə millət vəkili Bəxtiyar Əliyev, “Ağdam” qəzetinin baş redaktoru Baxşeyş Əsgərov da yubilyar barədə öz ürək sözlərini bildirib.
Qədir Rüstəmov, Aygün Bayramova, Nəzakət Teymurova, Təyyar Bayramov, Səbuhi İbayev, Ehtiram Hüseynov, Elnur Zeynalov öz ifaları ilə tədbirə xüsusi rəng qatıblar.
Sənətçiləri Elçin Həşimov, Elnur Əhmədov, Nizami Allahverdiyev və Ramin Abbasov müşayiət edib.
Mənsum İbrahimov isə çıxış edərək belə bir möhtəşəm tədbiri təşkil etdiyinə görə, Ağdam rayon İcra Hakimiyyətinə öz minnətdarlığını bildirib. O, sonuncu yubiley tədbirinin doğulub, boya-başa çatdığı Ağdamda keçirilməsinin onun üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Mənim üçün Azərbaycanın bütün bölgələri əzizdir. Vətənin hər qarışını sevirəm. Amma Ağdama olan sevgim bir az fərqlidir. Mən burda doğulmuşam, buranın havasını, suyunu udmuşam. Ona görə də böyüdüm torpaqda yubileyimin qeyd olunması mənim üçün çox sevindirici və önəmlidir. Həm də ona görə ki, bura döyüş bölgəsidir, əsgərlərimizə ruh vermək lazımdır. Biz onlara çox inanırıq. İnanırıq ki, Qarabağ çox tezliklə düşmən işğalından qurtulacaq və biz belə gözəl tədbirləri o əzəli torpaqlarımızda da qeyd edəcəyik”. Sonda Mənsum İbrahimovun ifa etdiyi “Şahnaz” təsnifi tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbirdən sonra qonaqlar yenidən qurulan və Ağdam camaatının ən böyük ziyarətgahı sayılan Seyid Lazım ağanın ziyarətgahına baş çəkiblər.
Xəyalə Muradlı

985