“Bərdə və bərdəlilər” kitabı çapdan çıxıb
12 noyabr 2010 18:22 (UTC +04:00)

“Bərdə və bərdəlilər” kitabı çapdan çıxıb

Nazirlikdən Lent.az-a verilən məlumata görə, kitab prezidentin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər Planının icrası ilə əlaqədar hazırlanıb.

Tədqiqatçı alimlərin, jurnalistlərin, şair və yazıçıların əsərlərindən geniş istifadə olunan
“Bərdə və bərdəlilər” kitabında Heydər Əliyevin Bərdəyə səfərlərindən bəhs edilir. Kitabın II bölməsi “Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bərdədə” adlanır. Bərdənin qədim memarlıq abidələrinə həsr olunmuş fəsil xüsusi maraq doğurur. Bərdəlilər haqqında bölmədə X-XI əsrlərdə yaşayan görkəmli şəxsiyyətlərdən məlumatlar verilir. Onların arasında Məhəmməd Bərdəi, Şəmsəddin Bərdəi, Fatma Bərdəi, Bərdəli şair Dəvdək, habelə müasir dövrün nümayəndələri Baxşəli Baxşəliyev, Kübra Əliyeva, Cəmil Lənbəranski, Əliş Lənbəranski və başqaları var.

Kitabın “Bərdə döyüşüb və döyüşür” bölməsi oxucuların xüsusi marağına səbəb olacaq. Burada Bərdə şəhidləri, Qarabağ müharibəsində itkin düşən bərdəlilər, Bərdə Şəhidlər Xiyabanında dəfn olunan şəhidlərin adları verilib. Kitabda Bərdə və bərdəlilər haqqında ədəbiyyatın biblioqrafiyası, dahi Nizami Gəncəvinin bu gözəl diyara həsr olunmuş şeirləri də öz əksini tapıb.

“Nərgiz” nəşriyyatında çapdan çıxan kitabın elmi məsləhətçiləri tarix elmləri doktoru Qasım Hacıyev, hüquq elmləri namizədi Əli Eyvazov, elmi redaktoru tarix elmləri namizədi Kərim Tahirov, rəyçi Samir Abbasovdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1409

Oxşar yazılar