Firəngiz Əlizadə: “Təəssüf edirəm ki, “Nərgiz” operası hazırda səhnəyə qoyulmur”
Lent.az-ın məlumatına görə, konfransı açan ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə görkəmli bəstəkarın həyat və yaradıcılığından, onun Azərbaycan musiqisinin inkişafındakı müstəsna xidmətlərindən söhbət açıb.
F. Əlizadə hər il Üzeyir Musiqi Günündə dahi bəstəkarlarımız Üzeyir Hacıbəyli ilə yanaşı Müslüm Maqomayevin də doğum gününün qeyd olunduğunu xatırladıb. Bu il hər iki bəstəkarın 125 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini deyən sədr Beynəlxalq Musiqi Festivalında Muslüm Maqomayevin də əsərlərinin səsləndiyini vurğulayıb: “Sanki tale bu iki insanı doğulan gündən əbədi dostluq telləri ilə bağlayıb. Üzeyir bəy Sankt- Peterburqda oxuduğu illərdən məhz Müslüm Maqomayevə arxalanıb, ondan kömək umub. Bunu biz Üzeyir bəyin vaxtilə ona yazdığı məktublardan yaxşı bilirik. Belə rəqabətdən uzaq, səmimi dostluq münasibətləri yaradıcı insanlar arasında nadir hallarda olub. Hər ikisi Azərbaycan mədəniyyətinin böyük sərvəti idilər. Azərbaycanda musiqi kollektivlərinin yaranmasında Müslüm Maqomayevin böyük rolu olub. Opera və Balet Teatrına, Radionun musiqi şöbəsinə rəhbərlik etməsi onun böyük təşkilatçılıq qabiliyyətinə malik olmasından xəbər verir. O, bəstəkar kimi musiqi sənətində bir çox “ilk”lərə imza atıb. Misal üçün, o, simfonik orkestr üçün ilk “Azərbaycan çöllərində” əsərini bəstələyib. Bundan başqa Azərbaycanda sırf klassik opera ənənələrinə söykənən ilk “Nərgiz” operasını o yazıb”.
F. Əlizadə belə bir möhtəşəm operanın hazırda səhnəyə qoyulmamasından təəssüfləndiyini də dilə gətirib. Onun fikrincə, üzərində redaktələr etməklə, librettosunu tamam dəyişməklə operanı yenidən səhnəyə qaytarmaq olar.
ABİ-nin katibi, xalq artisti, professor Ramiz Zöhrabov “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev məsləkdaşları” mövzusunda məruzə edərək bu iki dahi sənətkar arasındakı dostluq və yaradıcılıq əlaqələrindən geniş söhbət açıb.
İttifaqın məsul katibi sənətşünaslıq namizədi Lalə Hüseynova “Şah İsmayıldan” “Nərgiz” operasına aparan yollar” mövzusunda məruzə ilə çıxış edərək, Müslüm Maqomayevin həyat və yaradıcılığı ilə bağlı bir çox maraqlı məqamlara toxunub.
Tədbirdə həmçinin Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Zemfira Qafarova “Müslüm Maqomayevin musiqi-ictimai fəaliyyəti”, sənətşünaslıq namizədi Səadət Səfərova “Müslüm Maqomayevin yaradıcılıq irsi tarixi sənədlərdə və arxiv materiallarında”, sənətşünaslıq namizədi Ülkər Talıbzadə “Müslüm Maqomayevin vokal yaradıcılığında musiqi ilə poeziyanın obraz uyğunluğu” mövzusunda geniş məruzə ilə çıxış ediblər. Tədbir iştirakçıları həmçinin tanınmış pianoçu əməkdar artist Murad Hüseynovun müşayiəti ilə gənc vokalçı Aygün Zeynalovanın ifasında “Nərgiz” operasından ariyaları dinləyiblər.
Xəyalə Muradlı

1456