Çarli Çaplinin nəvəsi Bakıdadır –
Noyabrın 12-dən 30-a qədər Bakıda keçiriləcək A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi çərçivəsində nümayiş olunacaq ilk tamaşa Parisin “Kiçik saatlar kompaniyası”nın” “Aureliyanın oratoriyası” tamaşasıdır. Tamaşa barədə ətraflı məlumat vermək məqsədilə noyabrın 11-də mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, konfransda Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, “Pro-cent” prodüser mərkəzinin baş direktoru Ələkbər Tağızadə, Çexov festivalının vitse-prezidenti Mariya Malkina, prodüser Friderik Russo və tamaşanın aktyorları Ceymi Martines, Aureliya Tyere iştirak edib.
Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov “Çexov festivalının İpək yolu mərhələsi”nin prezident İlham Əliyevin imzaladığı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən təşkil olunduğunu bildirib. O qeyd edib ki, bu layihənin keçirilmə ideyası hələ iki əvvəl Moskvada olarkən yaranıb: “Festivalın rəhbərləri ilə bu barədə danışıqlar aparıldı, razılıq oldu və Teatr Xadimləri İttifaqının müəllifliyi ilə “İpək yolu” mərhələsi reallaşdı. Bir neçə ölkə bu mərhələdə birinci olmaq istəyirdi. Amma Azərbaycan “İpək yolu” mərhələsində ilk ölkə oldu. Təbii ki, hər işdə olduğu kimi, hazırlıq prosesində də müəyyən problemlər yaşandı. Ancaq hər şey yoluna qoyuldu”.
Azərbaycanda olmaqdan böyük şərəf duyduğunu deyən “Çexov festivalı”nın vitse-prezidenti Mariya Malkina “Aureliyanın oratoriyası” tamaşası barədə məlumat verib. Onun sözlərinə görə, tamaşanın quruluşçu rejissoru, konsepsiya müəllifi və səhnə tərtibatçısı Çarli Çaplinin qızı - Aureliyanın anası Viktoriya Tyeredir. “Yeni sirk” janrına aid edilən teatr və sirk elementlərinin sintezindən ibarət tamaşada klounada, sirk tryukları, illüzionizm, rəqs, pantomim və kukla teatr elementləri yer alıb: “Söz, danışıq olmayan bu tamaşanı hamı başa düşə bilər. “Aureliyanın oratoriyası” 2009-cu ildə Moskvada nümayiş olundu. Hələ belə anşlaq görməmişdik. Moskva tamaşaçıları o aktyorlara vurulmuşdu. Çox ümid edirəm ki, Azərbaycan tamaşaçıları da o cür xoş təəssüratlar qazanacaqlar”.
Çarli Çaplinin nəvəsi, tamaşanın əsas obrazının ifaçısı Aureliya Tyere anasının məhz onun üçün hazırladığı bu tamaşa barədə ətraflı danışıb. Anası Viktoriya Tyerenin Azərbaycana gələ bilməmə səbəbini hazırda digər ölkələrdə turnedə olması ilə əlaqələndirib. Mətbuat işçilərinin suallarını cavablandıran Aureliya babası Çarli Çaplini o qədər də yaxşı xatırlamadığını deyib: “Mən o zaman körpə idim. Ona görə də babamı o qədər yaxşı xatırlamıram. Bütün tamaşaçılar kimi, mən də Çarli Çaplini daha çox kinolarından tanıyıram”.
Qeyd edək ki, “Aureliyanın oratoriyası” noyabrın 12, 13 və 14-də Rus dram Teatrının səhnəsində nümayiş olunacaq. Festivalın proqramına daxil olan digər iki tamaşa Belorusun “Toy”, Kanadanın “Yağış” tamaşalarıdır.
Xəyalə Muradlı

1029