Rəssamların “X nöqtəsi...” – FOTOLENT
08 noyabr 2010 18:15 (UTC +04:00)

Rəssamların “X nöqtəsi...” – FOTOLENT

Lent.az-ın məlumatına görə, açılış mərasimində nazirliyin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva çıxış edərək sərginin artıq gənclik dövrünü başa vuraraq sənət yollarında müstəqil surətdə uğurla addımlayan bir qrup perspektivli rəssamın yaradıcılığına dəstək verilməsi, onların əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə keçirildiyini deyib. O, sərginin adına da aydınlıq gətirib: “Əsərləri sərgilənən rəssamlar yaradıcılıqlarında yeniliklər etməyə, daha böyük uğurlara nail olmağa çalışırlar. Konsepsiyaya görə sənətin uca zirvəsi bu rəssamlar üçün hələ tam şəkildə aydın deyil. Onlar yaradıcılıq axtarışındadırlar. Daim öz üzərilərində işləyərək irəliyə gedirlər. Lakin onların çatmaq, dayanıb-durmaq istədikləri nöqtə hələlik məchuldur. Buna görə də sərgi “X nöqtəsi...” adlandırılır. Bu ad Anar Hüseynzadənin eyni adlı əsərindən götürülməklə əsasən abstrakt üslubda işlənmiş əsərlərdən ibarət sərginin ümumi mahiyyətini konseptual baxımdan açıqlayır”.
Rəssamlar İttifaqının sədr müavini, xalq rəssamı Ağəli İbrahimov bildirib ki, sərgidə Anar Hüseynzadə, Adil Yusif, Leyla Nəsibova, Zərnişan Alqayeva, Ramina Saadatxan, Rəşad Babayev, Fərhad Yalquzaq, Elmir Hüseynov, Bütünay Haqverdiyev, Mahmud Rüstəmov, Məmməd Rəşidov, Hüseyn Bağırov, Nazim Şah və Gündüz Ağayevin əsərləri nümayiş olunur.
Sərgi noyabrın 14-ə qədər davam edəcək.
Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719

Oxşar yazılar