“İçərişəhər”də “Arşın mal alan” tamaşası
05 noyabr 2010 11:20 (UTC +04:00)

“İçərişəhər”də “Arşın mal alan” tamaşası

Noyabrın 8-də “İbrus” Teatrının səhnəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə “Tərlan Qorçu Marionet Teatrı” tərəfindən Üzeyir Hacıbəyovun eyniadlı əsəri əsasında hazırlanmış “Arşın mal alan” tamaşası göstəriləcək.

Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, tamaşqa noyabrın 16-dək davam edəcək. Bu dəfə 97 yaşlı “Arşın mal alan” komediyasının qəhrəmanlarını marionet kuklalar canlandıracaq. Əsər tamaşaçıları tamamilə fərqli tərzdə bir müddətlik XX əsrin əvvəllərinin köhnə Bakısına qaytaracaq, dövrün ab-havasını hiss etdirəcək. Tam həcmdə təqdim ediləcək tamaşaya daxil olan ariyalar Xuraman Qasımova(Gülçöhrə), İlqar Muradov(Əsgər) kimi məşhur müğənnilər tərəfindən səsləndirilmişdir. İçəri Şəhərin simalarının da yer aldığı bu maraqlı tamaşa həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulmuşdu.

Azərbaycanda ilk marionet teatrının təsisçisi olan Tərlan Qorçunun rəhbərlik etdiyi kollektiv “Arşın mal alan” tamaşası ilə Fransa, ABŞ, Rusiya, Polşa, Almaniya və İsveçrə kimi ölkələrdə qastrol səfərlərində olmuşdur. Bu klassik əsər əcnəbi tamaşaçıların xüsusi marağına səbəb olmuş və böyük rəğbətlə qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 789

Oxşar yazılar