“Harada Azərbaycan xalçası var, bu mahnı orada səslənəcək”
03 noyabr 2010 17:42 (UTC +04:00)

“Harada Azərbaycan xalçası var, bu mahnı orada səslənəcək”

Mahnının sözləri əməkdar incəsənət xadimi Baba Vəziroğluna, musiqisi isə Kamal müəllimə aiddir. Xəbəri təfərrüatı ilə açıqlayan B.Vəziroğlu Lent.az-a onun 3 xalq artisti tərəfindən ifa edildiyini söyləyib. O, həmin sənətçilərin Nəzakət Teymurova, Aygün Bayramova və Mənsum İbrahimov olduğunu bildirdib: “Bu ideya dünyada peşəkar xalça mütəxəssislərindən biri hesab edilən “Azərilmə” MMC-nin rəhbəri Vidadi Məmmədovla tanışlığımızdan sonra yarandı. Azərbaycanın maddi incilərini özündə tərənnüm edən musiqi və mətnlər çoxdur. Bu mövzuda nəğmə isə bizim tərəfimizdən yarandı. Mahnının musiqisi xalq mahnısı üslubunda Kamal müəllim tərəfindən yazılıb. İfalar da bu üslubdadırlar. Kiçik musiqi əsəri bu dəyərli incinin tarixini, fəlsəfəsini, gözəlliyini, yarandığı bölgələri, dünyada şöhrətini “Azərbaycan xalçası” adı ilə əks etdirəcək”.

Əməkdar incəsənət xadiminin məlumatına görə, aranjeman işi Osmana məxsus olan mahnı artıq studiya həllini tapıb. Yaxın günlərdə peşəkar heyətin iştirakı ilə mahnıya klip çəkiləcək.

Qeyd edək ki, yaradıcı heyətin rəhbəri Elçin Əlibəyli, klipin rejissoru isə Günel Şakirdir. B.Vəziroğlu sonda xüsusi olaraq vurğuladı ki, harada Azərbaycan xalçası var, bu mahnı orada səslənəcək.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727

Oxşar yazılar