Cəfər Bağırın şəxsi fondu yaradıldı
Arxivin direktoru Maarif Teymurun Lent.az-a verdiyi məlumata görə, fonddakı sənədlər sırasında nasirin əlyazmaları, tərcümələri, hekayələri, müxtəlif müəlliflərin yadigar kitabları var.
Artıq ilkin ekspertizaya daxil olan sənədlərin siyahısına başlanılıb: “Yaxın vaxtlarda Cəfər Bağırın fotoları və məktubları da fonda daxil ediləcək. Belə bir nasirin, tərcüməçinin şəxsi fondunun yaradılmasını mühüm hesab edirəm. Xeyli müddətdir bununla bağlı danışıqlar aparırdıq. Cəfər Bağırın sənədlərini qoruyub saxladığına və arxivimizə təqdim etdiyinə görə, qızı Kəmalə xanıma və kürəkəni Eldar Mansurova öz təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Cəfər Bağır 1912-ci il mayın 5-də Naxçıvanın Ordubad rayonundakı Dəstə kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. Eyni zamanda “Gənc işçi” qəzetində şöbə müdiri işləyib. Bu dövrdə ilk hekayələrini qələmə alıb. “Kommunist” qəzetində şöbə müdirinin müavini (1934-1936), “Kirovabad bolşeviki” qəzetində məsul katib (1936-1937), Yazıçılar İttifaqı Gəncə filialının məsul katibi olub. 1955-ci ildə Bakıya qayıdıb bütün qüvvəsi ilə bədii yaradıcılığa başlayıb. Oçerk, hekayə, miniatürlər yazmaqla yanaşı, bədii tərcümə ilə də məşğul olub. Onun rus dilindən etdiyi tərcümələr sayəsində oxucular T.Drayzer, P.Abrahams, A.Sent-Ekzüperi, R.Taqor, Əziz Nesin, M.Broden, A.Kamenova, S.Kardiaşvili kimi yazıçıların əsərləri ilə tanışdırlar. O, Azərbavcan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri (1955-1960), redaktoru (1960-1966), məsləhətçi redaktor (1966-1967), bədii tərcümə redaksiyasının müdiri (1967-1973) vəzifələrində çalışıb. 1983-cü il aprelin 17-də vəfat edib. “Zəfər səsləri”, “Səslər”, “Babamın ürəyi”, “Bir ömür azdır” kimi kitabların müəllifidir.
Xəyalə

881