Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri başlayır
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın Lent.az-a verdiyi məlumata görə, 60 nəfərlik nümayəndə heyətinə Türkmənistan Milli Mədəniyyət Mərkəzinin Baş direktoru xanım Tuvakbibi Durdıyeva rəhbərlik edir. Nümayəndə heyətinə Türkmənistan İncəsənət Muzeyinin direktoru Saparmamed Meredov, “Dokmaçılar” rəqs qrupu, tanınmış müğənnilər, televiziya və KİV nümayəndələri daxildir.
Məlumata görə, qonaqlar ilk olaraq bu gün Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəcək. Mədəniyyət günlərinin rəsmi açılış mərasimi və konsert proqramı isə noyabrın 4-də Gənc Tamaşaçılar Teatrında baş tutacaq. Proqrama əsasən, noyabrın 5-də Muzey Mərkəzində Türkmənistan rəssamları və dekorativ sənət ustalarının əsərlərindən ibarət sərgi açılacaq, Türkmənistan kinofilmləri göstəriləcək, Kukla Teatrında “Mollanepes” mono tamaşasının nümayişi olacaq. Noyabrın 6-da Muzey Mərkəzində Türkmənistan kinofilmlərinin nümayişi, Qaradağ rayonunda isə Türkmənistan Mədəniyyət Günlərinin bağlanışı və incəsənət ustalarının konserti keçiriləcək.
Xəyalə

Oxşar yazılar

“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07