Mənsum İbrahimovun yubileyi dövlət səviyyəsində qeyd olundu –
Lent.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan gecədə Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanan, sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş etdirilib.
Tədbirdə ilk olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Mənsum İbrahimovu Məcnun obrazının əvəzsiz ifaçısı kimi dəyərləndirib. O bildirib ki, Mənsum İbrahimovun opera, pedaqoji sahədəki fəaliyyəti ilə yanaşı, xanəndəliyi də tərifəlayiqdir. Çünki o, bir xanəndə kimi Azərbaycanı digər ölkələrdə yüksək səviyyədə təmsil edir və sevilir. Buna misal olaraq nazir Mənsum İbrahimovun İranda keçirilən Azərbaycanın mədəniyyət günləri çərçivəsində Tehran və Təbrizdə iştirak etdiyi konsertləri xatırlayıb: “Mənsum İbrahimov əsl sənətkar, gözəl muğam ifaçısı və Məcnun obrazının ən yaxşı ifaçılarındandır. Düşünürəm ki, 50 yaş cavanlığın növbəti mərhələsidir. Mənsum İbrahimov bu mərhələni şərəflə keçdi. Onun yaradıcılığının ən layiqli qiymətini prezident İlham Əliyev “Şərəf” ordeni ilə verdi”.
Çıxışdan sonra nazir yubilyara “Şöhrət” ordenini təqdim edib.
Gecədə Mənsum İbrahimovun həyat və yaradıcılığını əks etdirən “Zirvəyə ucalan səs” filmi nümayiş olunub. Filmin ssenari müəllifi Mustafa Çəmənli, rejissorları Elnur Əhmədov, Elçin Həşimovdur.
Şərqşünas alim Vasim Məmmədəliyevin idarə etdiyi tədbirdə Siyavuş Kərimi, Bəkir Nəbiyev, Əlibaba Məmmədov, Zəlimxan Yaqub, Arif Babayev, Canəli Əkbərov, Mustafa Çəmənli yubilyar barədə xoş fikirlərini bölüşüblər.
Zabit Nəbizadə, Səbuhi İbayev, Aygün Bayramova, Babək Niftəliyev, Təyyar Bayramov, Sakinə İsmayılova və Nəzakət Teymurova gecənin səbəbkarını öz ifaları ilə təbriklərini çatdırıblar. Xanəndələri Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamram Kərimov (nağara), Nizami Allahverdiyev (balaban), Məhəmməd Məhərrəmov (ud) və Təranə Əliyeva (qanun) müşayiət edib.
Sonda Mənsum İbrahimov tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib. Bu cür gözəl tədbirlərin, muğam gecələrinin tezliklə Qarabağda keçirilməsini arzulayıb: “Mustafa Çəmənlinin dediyi həqiqətdir. Mən Məcnunun Məcnunuyam. Amma mən həm də Qarabağımızın Məcnunuyam. Ümid edirəm və inanıram ki, tezliklə Qarabağda da belə gözəl tədbirlər keçirəcəyik”.
Tədbir Mənsum İbrahimovun möhtəşəm ifası ilə başa çatıb.
Xəyalə Muradlı

Oxşar yazılar

“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07