Təyyar Bayramov Çin səfərindən qayıdıb
27 oktyabr 2010 16:38 (UTC +04:00)

Təyyar Bayramov Çin səfərindən qayıdıb

Lent.az-ın məlumatına görə, sözügedən festival 5 ildən bir keçirilir. Bu il festival Çində reallaşıb.

Növbəti dəfə “Ekspo 2015” İtaliyada olacaq. Sənətçi səfər təəssüratlarını bölüşüb: “Azərbaycandan bu möhtəşəm festivala böyük bir nümayəndə heyəti yola düşmüşdü. Nümayəndə heyətinə Abid Şərifov rəhbərlik edirdi. Heyətdə Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev də təmsil olunurdu. Səfər çərçivəsində bir neçə konsert proqramı ilə çıxış etdik. Dünyanın demək olar ki, bütün ölkələrindən bu festivala qatılmışdılar. Hər bir dövlət öz musiqilərini, incəsənət nümunələrini festival boyu təbliğ etməyə çalışırdılar. Biz də çalışdıq ki, Azərbaycan mədəniyyətini, musiqisini layiqincə təmsil edək. Düşünürəm ki, buna nail ola bildik. Onu da qeyd edim ki, hər bir ölkə üçün xüsusi pavilyonlar hazırlanmışdı və həmin ölkənin nümayəndə heyəti bu pavilyonda öz incəsənətlərini, musiqilərini nümayiş etdirirdilər. Çində keçirilən bu festival çərçivəsində biz də çalışdıq ki, pavilyonda Azərbaycan ab-havası yarada bilək. Bir gün ərzində bir neçə konsert proqramının keçirilməsinə imkan yaradılırdı. Bizim ilk çıxışımıza təxminən 6 mindən çox tamaşaçı toplaşmışdı. Artıq günün ikinci yarısı verdiyimiz konsertdən tamaşaçıların sayı 2-3 dəfə artdı. Bizim milli musiqilərimizə, muğamlarımıza xüsusi maraq hiss olunurdu”.

Əməkdar artist onu da vurğulayıb ki, orda xüsusi olaraq milli geyimlərimizlə də maraqlanıblar: “Xüsusilə də milli geyimlərimizlə maraqlanırdılar. Hətta bizə yaxınlaşıb məlumat əldə edənlər də oldu. Biz də milli mədəniyyətimiz barədə bilgilər verirdik. İnandırım sizi ki, üçlük şəklində ifamızdan sonra böyük alqışlar səsləndi. Demək olar ki, dünyanın ən qabaqcıl ölkələrinin heç birisi üçün bu qədər tamaşaçı toplaşmamışdı. Nümayəndə heyətimiz, xüsusilə Tahir Əmiraslanov milli Azərbaycan yeməklərini də nümayiş etdirirdi. Hətta yeməklərdən dadanlar bu yeməklərin necə hazırlanması ilə də maraqlandılar. Ən maraqlı məqamlardan biri də o idi ki, Festivalda ermənilər də iştirak edirdi. Və demək olar ki, bizim çıxışlarımız onları kölgədə qoydu. Biz Azərbaycanın xalq mahnısı olan “Sarı gəlin”i də məhz bu festivalda səsləndirməyə vacib hesab etdik. Arzu Əliyeva “Sarı gəlin”i çox gözəl təqdim etdi. Təbii ki, mən bu festivalda “Qarabağ şikəstəsi”ni də oxumalı idim. Yəni bu festivaldan xoş təəssüratla qayıtdım”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 900

Oxşar yazılar