Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri başlayır
Bu münasibətlə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti Mərakeşə səfərə gedib. Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın Lent.az-a verdiyi məlumata görə, heyətə ölkəmizin incəsənət ustalarının böyük qrupu daxildir. Noyabrın 1-dək davam edəcək Mədəniyyət Günləri çərçivəsində Azərbaycan sənətçilərinin iştirakı ilə konsertlər və foto-sərgi təşkil ediləcək.
Konsert proqramlarında Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər Ağaverdi Paşayev), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Rəqs qrupu, solistlərdən xanəndələr Qoçaq Əsgərov, Güllü Muradova, vokalçılar Ramil Qasımov, İnarə Babayeva, pianoçu Yeganə Axundova, skripkaçı Səlim Abbasov çıxış edəcək.
Qeyd edək ki, Mərakeşdə Azərbaycan Mədəniyyət Günlərinin təşkili iki ölkənin hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 3 mart 2008-ci il tarixli sazişə əsasən keçirilir. Mədəniyyət Günləri Azərbaycanla Mərakeş arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicini daha da yüksəlməsinə və Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcək.
Xəyalə

Oxşar yazılar

“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07