Vasif Adıgözəlovun 75 illiyinə həsr olunmuş Musiqi Festivalı keçiriləcək
Silsilə tədbirlər 27-31 oktyabr tarixlərində baş tutacaq. Bu barədə Lent.az-a Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlu məlumat verib.
Mətbuat katibi bildirib ki, festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda Bəstəkarın kamera-instrumental və kamera-vokal əsərləri gənc istedadların ifasında Kamera konserti keçiriləcək. Açılış Konserti 27 oktyabrda başlayacaq.
28 oktyabrda M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin “Çanaqqala-1915” Oratoriyası səslənəcək. Qeyd edək ki, konsertin dirijoru əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri xalq artisti Gülbacı İmanovadır.
29 oktyabrda isə Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda konfrans keçiriləcək. Konfransda V.Adıgözəlovun yaradıcılığının müxtəlif sahələrinə həsr olunmuş məruzələr səsləndiriləcək.
Silsilə tədbirlər 30 oktyabrda Azərbaycan Dövlət Musiqili Komediya Teatrı “Aldın payını, çağır dayını” musiqili komediyası (libretto – Xalq yazıçısı Anar) ilə davam edəcək. Tədbir 31 oktyabr 2010-cu il Azərbaycan Dövlət Opera və Balet Teatrında göstəriləcək tamaşa ilə yekunlaşacaq.
Lalə Yusifqızı

Oxşar yazılar

“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07