Virtual müsabiqənin qalibləri məlum oldu
Ölkəmizin mədəniyyət və turizm potensialının bütün dünyada təbliği məqsədilə “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın “Mondeos” nəşriyyatının birgə keçirdiyi virtual müsabiqənin qaliblərinin adları məlum olub. Nazirlikdən Lent.az-a verilən məlumata görə, təqdim edilən suallara düzgün cavab vermiş iştirakçılar arasında püşkatmanın qalibləri, Fransanın turizm şirkətlərinin nümayəndələri Marie Jose Rovere və Virginie Reymonddur. Qaliblər müsabiqədə iştirak etmiş 360 turizm şirkətləri və tur operatorları arasından seçilib.
Müsabiqənin şərtlərinə əsasən, qaliblər ölkəmizə səfər edəcək və səfərlə bağlı bütün xərclər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ödəniləcək. Səfər zamanı qonaqlar Azərbaycanın tarixi yerləri və abidələri, maddi və qeyri maddi mədəni irsi ilə tanış olacaqlar.
Qeyd edək ki, “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində Fransanın “Mondeos” nəşriyyatından başqa, Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyasının “Vokruq Sveta”, Birləşmiş Krallığın “Filmler Limited” və Birləşmiş Ərəb Əmirliklərinin “Explorer” nəşriyyatları arasında razılıq əldə edilib və Azərbaycan haqqında 3 bələdçi kataloqun təqdimat mərasimi keçirilib.
Xəyalə

Oxşar yazılar

“Avroviziya 2025” başladı
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07