“Kamança” filmi tezliklə təhvil veriləcək –
21 oktyabr 2010 11:29 (UTC +04:00)

“Kamança” filmi tezliklə təhvil veriləcək –

“Debüt” studiyasında istehsalata buraxılan filmin rejissoru Ruslan Hüseyni Lent.az-a bildirib ki, hazırda ekran əsəri səsləndirilmə mərhələsindədir: “Sentyabr ayında filmin hazırlıqları başladı. Çəkilişlərimiz 10 gün ərzində Ağsuda gerçəkləşdi. Filmin montaj prosesi də yekunlaşıb. Tezliklə filmi təhvil verəcəyik”.

Rejissorun sözlərinə görə, 27 dəqiqəlik film tragikomediya janrında ekranlaşdırılıb. “Bu yüngül gülüş yox, düşündürən gülüşdür. Qəhrəmanımız fağır, məqsədsiz bir insan olsa da, filmin sonrakı gedişatı onu bəzi seçimlər qarşısında qoyur”, - deyə o əlavə edib.

Qeyd edək ki, “Kamança” filminin ssenari müəllifi Əjdər Ol, operatoru Əli Sultanov, redaktoru Ayla Osmanova, direktoru Vladimir Dudniçenko, bədii rəhbəri isə Eldar Quliyevdir. Filmdə baş rollarda Qurban İsmayılov, Almaz Amanova, Loğman Kərimov çəkilirlər.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1733

Oxşar yazılar