Kiçik həcmli hekayələr və bir pərdəli pyeslər müsabiqəsinin seçim turu başa çatdı
İdarədən Lent.az-a verilən məlumata görə, müsabiqə xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin inkişafı, istedadlı ədiblərin daha səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq, gənc yazıçıların bədii keyfiyyətə malik ədəbi əsərlərini dəyərləndirmək, təbliğ etmək məqsədi daşıyır.
Müsabiqənin şərtlərinə uyğun əsərlərini təqdim etmiş müəlliflər arasında Vüqar Haqverdiyev, Nadya Qafarova, Sevinc Əliyeva, Arzu Soltan, Qardaşxan Fərzi, Çelyabinsk şəhərindən Eqor Çerlak və eləcə də Xeyrullayeva Şəbnəm, Rüstəmova Günel, Hüseynov Samir kimi gənc yazarlar var.
Artıq müsabiqəyə qatılmış əsərlər qiymətləndirilmə Əli Əmirli, Aydın Talıbzadə, Atababa Hacıbabayev, Rəhman Əlizadə və Azad Şükürovdan ibarət münsiflər heyətinə təqdim olunub. Təşkilat komitəsi iştirakçı əsərlərin çox sayda olmasını nəzərə alaraq, tam dəqiq və düzgün qiymətləndirmə üçün münsiflər heyətinə əlavə 15 gün verilməsini qərara alıb.
Ən yaxşı kiçik həcmli pyeslər toplusunda yer alacaq və bu topludan seçilmiş əsərlər xalq teatrları və dram dərnəkləri tərəfindən səhnələşdiriləcək. Mükafatların təqdimat mərasimi dekabr ayının əvvəlində keçiriləcək.
Xəyalə

1585