İçəri Şəhərdə beynəlxalq seminar keçirilir
İdarədən Lent.az-a verilən məlumata görə, seminarın açılışı zamanı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib ki, prezidentin göstərişinə əsasən, Qoruq İdarəsi yarandıqdan sonra idarə bərpa-konservasiya və inkişafı əks etdirən bir sıra əməli tədbirlər həyata keçirib. Keçirilən tədbir də gələcəkdə bu istiqamətdə İçəri Şəhərdə görüləcək işlərə kömək edəcək.
YUNESKO-nun Dünya İrs Mərkəzinin nümayəndəsi Ron Van Oers müsahibəsində qeyd edib ki, ötən gün İçəri Şəhər ərazisi ilə tanışlıq zamanı qoruq ərazisində görülən işlərin şahidi olub. Onun sözlərinə görə, İçəri Şəhərdə bərpa-konservasiya işləri ilə inkişafın birgə necə mövcud olmasını görmək mümkündür. Cənab Oers bildirib ki, müxtəlif sahələr üzrə ixtisaslaşan xarici və yerli ekspertlərin seminar zamanı əməkdaşlığı nəticəsində İçəri Şəhərdə konservasiya və inkişaf layihələrinin uyğunluğu üzrə YUNESKO tərəfindən müvafiq hesabat dərc olunacaq, habelə Şəhər İnkişaf Strategiyası hazırlanacaqdır ki, bu da öz növbəsində Qoruq İdarəsinə gələcək fəaliyyətində yardımçı olacaq.
Seminarda “Qoruq idarəsinin institusional inkişafı”, “İçərişəhər: Canlı tarix. Növbəti 3-5 il üçün inkişafı strategiyası”, “Bakının tarixi mərkəzində ərazinin abadlaşdırılması. Varşava nümunələri”, “İçəri Şəhərin ərazi idarəetmə planı”, “İçəri Şəhərdə dünya irsi abidələrinin konservasiyası” mövzusunda təqdimatlar keçirilib. Təqdimatlar YUNESKO ekspertləri tərəfindən böyük maraqla qarşılanıb.
Seminar oktyabrın 22-ə qədər davam edəcək.

887