“Qadın düşərgəsi”nin “Günahsız” qatil”i - FOTO
Bunlar “Qadın düşərgəsi” və “Günahsız” qatil” kitablarıdır. Rövşənin Yerfinin Lent.az-a verdiyi məlumata görə, “Qadın düşərgəsi” kitabında qadın islah-əmək düşərgəsinə düşmüş qadınların taleyindən, düşərgələrdəki həyat tərzindən, ən əsası isə qadınları belə yerlərə düşməyə gətirən səbəblərdən bəhs edilir. Bu, kişilər üçün kitab-nəsrimizdə qadın cəza evindən bəhs edən ilk əsərdir. Müəllifin sözlərinə görə, povestin bu mövzuda yazılmış digər əsərlərdən böyük bir fərqi də onların xidmət əməkdaşı tərəfindən qələmə alınmasıdır: “Bu kitab həqiqi faktlar əsasında qələmə alınıb. Çünki mən özüm həbsxana əməkdaşı olmuşam”.
“Qadın düşərgəsi”ndən fərqli olaraq isə, “Günahsız” qatil” kitabı müəllifin təxəyyül məhsulu sayılır: “Qadın səadəti... Qadını o səadətə yetişdirəcək sevgi uğrunda uğursuz cəhdləri, çarpışması... Sevgidən yaranan qısqanclıq zəminində cinayətin törənməsi. Nəticədə sevgi umduğu insanların etinasızlığı üzündən qadının “günahsız” qatilə çevrilməsi. Kitabın ideyası budur”.
Rövşən Yerfi onu da bildirib ki, hər iki kitabın təqdimat mərasimi oktyabrın 16-da Kitab klubunda keçiriləcək.
Qeyd edək ki, Rövşən Yerfinin 2004-cü ildə işıq üzü görən ilk kitabı – “Üzdəniraq ada” romanı və “Residivist” povesti də cəzaçəkmə müəssisələrinin 1995-1998-ci illərdəki dövründən bəhs edir.
Xəyalə

980