“Azdrama”nın bütün kollektivi işdən azad olunacaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bütün kollektivi işdən azad olunacaq. Bu barədə APA-ya teatrın direktoru İsrafil İsrafilov məlumat verib. Teatr rəhbəri bildirib ki, bu proses teatrda aparılan köklü islahatlarla bağlıdır.
İşdən azad ediləcək kollektiv üzvləri üçün yeni işə qəbul həyata keçiriləcək: “Bütün aktyor və texniki heyət üçün işə qəbul müsabiqə yolu ilə aparılacaq. Müsabiqədən müvəffəqiyyətlə keçən aktyor və texniki heyət işçisi teatrda çalışacaq, rejissorlarla işi isə müqavilə əsasında həyata keçirəcəyik. Həm xarici, həm də yerli rejissorları teatrda tamaşa qoymağa dəvət edəcəyik və onlarla müqavilə bağlayacağıq”.
İsrafil İsrafilov deyib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılacaq islahatların nəticəsi çox uğurlu olacaq: “Dünyanın bütün ölkələrindəki teatrlarda bu cür islahatlar aparılır. Bu teatrın ziyanına yox, xeyrinədir. Hazırda teatrın kollektivi Azərbaycanın müxtəlif bölgələrində tamaşalar nümayiş etdirilirlər. Bu tamaşaların nümayişi dekabrın ortalarına kimi davam edəcək. Ancaq gələn ilin ilk ayından başlayaraq artıq yeni üsulda iş prosesinə start verəcəyik. İşçi heyətimiz məlum olduqdan sonra yeni binamızda fəaliyyətə başlayacağıq. Yeni binada yeni üsullarla işləmək mütləqdir. Eyni zamanda teatrda yeni repertuar işlənəcək”.
Teatr direktoru bildirib ki, qısa müddət ərzində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı MDB-nin 6-ya yaxın ölkəsinə dəvət alıb: “Azərbaycan teatrı bu günə kimi Çexov adına Moskva Bədii Akademik Teatrının səhnəsində çıxış etməyib. Ancaq artıq bu teatrın direktoru, tanınmış aktyor Oleq Tabakov mənimlə danışıqlar aparır və bizim teatrı iki gün bu səhnədə çıxış etməyə dəvət edir. Bu Azərbaycan teatrında bu günə kimi görünməyən bir şeydir. Bu hələ başlanğıcdır və ümid edirik ki, sonu möhtəşəm olacaq. Sözsüz ki, bu çətin prosesdir, ancaq bu çətin prosesə dözümlə yanaşmaq lazımdır”.

Oxşar yazılar

Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11