Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Mərakeşdəki Mədəniyyət Günləri çərçivəsində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsertlər, foto-sərgilər təşkil ediləcək. Bu tədbirin təşkili iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha da yaxından tanımasına, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəlməsinə, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcək. Musiqili Komediya Teatrının aktyor-vokalisti Ramil Qasımov da Azərbaycan nümayəndə heyətinin tərkibində Mərakeşə yola düşəcək.
Qeyd edək ki, Ramil Qasımov teatrda tamaşaya qoyulan “Hələlik” (E.Sabitoğlu, R.Əhmədzadə), “O olmasın, bu olsun” (Ü.Hacıbəyli), “Şeytanın yubileyi” (O.Rəcəbov, A.Babayev), “Milyonçunun dilənçi oğlu” (S.Ələsgərov, Ş.Qurbanov), “Aldın rayını, çağır dayını” (V.Adıgözəlov, Anar), “Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev) kimi tamaşalarda əsas partiyaları ifa edib.
Xəyalə

787