Azərbaycan tamaşası Avropa Şurasının fəxri fərmanına layiq görüldü
12 oktyabr 2010 18:16 (UTC +04:00)

Azərbaycan tamaşası Avropa Şurasının fəxri fərmanına layiq görüldü

Bunu Lent.az-a teatrın yaradıcısı və direktoru İntiqam Soltan bildirib. Onun sözlərinə görə, “Xaş-xaşın göz yaşı” müsabiqə üçün şuraya göndərilən 80 səhnə əsəri arasında seçilən 10 tamaşadan biridir: “Biz tamaşadan video görüntülər göndərmişdik. Bizim tamaşa da uğurlu tamaşalar sırasına düşüb. Bununla bağlı teatra məktub və fəxri fərman göndərilib”.


İ. Soltan söyləyib ki, tamaşa ilk dəfə 2007-ci ildə hazırlansa da, o vaxt premyerası keçirilməyib: “Bunun da səbəbi teatrın Milli Park ərazisində yerləşən binasından çıxarılması ilə əlaqədar idi. Çünki dekorasiyalar ordakı səhnəyə uyğun qurulmuşdu. Ancaq sonradan bu tamaşanı bərpa etdik. Hazırda da teatrda nümayiş olunur”.


Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Ədliyyə Nazirliyinin sifarişilə hazırlanan tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, ssenari müəllifi Arzu Soltandır. Narkomaniya əleyhinə təbliğat məqsədi ilə səhnələşdirilən “Xaş-xaşın göz yaşı” müxtəlif həbsxanalarda da nümayiş etdirilir.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 836

Oxşar yazılar