50 yaşlı Mənsum İbrahimovun ilk “Leyli və Məcnun”u
11 oktyabr 2010 13:37 (UTC +04:00)

50 yaşlı Mənsum İbrahimovun ilk “Leyli və Məcnun”u

Lent.az-ın məlumatına görə, bu dəfə “Leyli və Məcnun” operası Mənsum İbrahimovun yubileyi münasibətilə nümayiş olunub.

Tamaşadan öncə əməkdar incəsənət xadimi, professor Ramiz Zöhrabov yubilyarın həyat və yaradıcılığından söhbət açaraq məhz “Leyli və Məcnun” operasının ona böyük şöhrət gətirdiyini bildirib. Bəstəkar Mənsum İbrahimovun xanəndə və müəllim kimi məxsus olduğu müsbət keyfiyyətlərindən də söz açıb. Qeyd edib ki, onun tələbələri müxtəlif muğam müsabiqələrində iştirak etməklə yanaşı həm də uğurlu nəticələr əldə edirlər, qalib olurlar.


R.Zöhrabov Mənsum İbrahimovu “Şöhrət” ordeni alması münasibətilə də təbrik edib.

Qeyd edək ki, yubiley tamaşasında Məcnunun Leylisi obrazında xalq artisti Nəzakət Teymurova səhnəyə çıxdı. Bundan başqa, İbn Səlamı Təyyar Bayramov, Zeydi Nəzər Bəylərov, Leylinin anasını Sahibə Əhmədova, Məcnunun anasını Afaq Ağayeva, Məcnunun atasını Elnur Zeynalov, Leylinin atasını əməkdar artist Nizami Bağırov, Nofəli İlham Nəzərov ifa edib.


Tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev, dirijoru Sevil Hacıyevadır. Tamaşanın nümayişində bir çox ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, dövlət rəsmiləri, Mənsum İbrahimovun ailə üzvləri və pərəstişkarları iştirak edib.

“Leyli və Məcnun” operasının nümayişi anşlaqla baş tutub.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1425

Oxşar yazılar