“Cavad xan” filminin yaradıcı heyəti Macarıstandan qayıdıb – FOTO
Nümayişlə əlaqədar olaraq Macarıstana gedən filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, Cavad xan obrazının ifaçısı xalq artisti Nurəddin Mehdixanlı və “Ulusfilm” prodüser mərkəzinin rəhbəri Gəray Əlibəyov artıq Bakıya dönüblər.
Gəray Əlibəyovun Lent.az-a verdiyi məlumata görə, səfər zamanı bir neçə maraqlı görüşləri də olub. Macarıstanda müxtəlif festivalların təşkilatçısı kimi tanınan Harkyande Jend ilə görüşüb. O, Azərbaycanı gələn ay keçiriləcək animasiya filmləri festivalına dəvət edib. Bundan başqa ənənəvi beynəlxalq musiqi festivalına Azərbaycan sənətkarlarının qatılmasından da məmnunluq duyacağını dilə gətirib. H. Jend Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin də burada kurs keçməsini təklif edib.
G. Əlibəyovun sözlərinə görə, növbəti görüş “Budapeştfilm”in rəhbəri Gador Csurdi ilə olub. Görüş zamanı Azərbaycan filmlərinin Macarıstanda nümayişinin təşkili müzakirə edilib: “O, son 5 ildə Azərbaycanda istehsal olunan filmlərin disklərini ona göndərməyi xahiş etdi. Hələ ki, konkret hansısa saziş imzalanmadı. Sadəcə danışıqlar aparıldı. Amma filmlərimiz bəyənilsə, Macarıstanda onların “prokatı” təşkil olunacaq”.
Xəyalə

Oxşar yazılar

Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11