Koreya Xarici Dillər Universitetində Azərbaycan Mədəniyyət Dərnəyi yaradıldı
Məlumata görə, Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri Zaur Səfərov və Çinarə Ağacanova koreyalı tələbələrə Azərbaycanın milli rəqslərini öyrədəcək. BUTA AKTT, həmçinin ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti barədə məlumatları müxtəlif formatlı tədbirlər keçirməklə koreyalı tələbələrə aşılayacaq. Azərbaycan dilini öyrənən koreyalı tələbələr üçün dərnəkdə danışıq dərslərinin təşkil olunması da nəzərdə tutulub.
Koreyadakı Azərbaycan səfirliyi, “BUTA” Azərbaycan Mədəniyyət Dərnəyinə dəstək olaraq Azərbaycan haqqında məlumat xarakterli materiallar verib, rəqs dərslərində istifadə olunması üçün milli paltarlarla təmin edib.
Qeyd edək ki, 2008-ci ilin sonunda Koreya Xarici Dillər Universitetində rəsmi olaraq Türk-Azərbaycan dilləri fakültəsinin yaradılması haqqında qərar qəbul edilib. Fakültənin fəaliyyətə başlaması üçün hazırlıq işləri uğurla başa çatdıqdan sonra 2009-cu ilin yaz semestrindən etibarən Azərbaycan dili kurslarının tədrisi başlanılıb.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06