Azərbaycanın gənc musiqiçilərinin yeni uğuru
08 oktyabr 2010 18:26 (UTC +04:00)

Azərbaycanın gənc musiqiçilərinin yeni uğuru

Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, ustad sinifləri Qalina Vişnevskayanın Opera Mərkəzinin konsert zalında keçirilib.

Həmyerlilərimiz festivalın açılışında və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında böyük uğurla çıxış ediblər. Onlar həm görkəmli Azərbaycan, həm də dünya şöhrətli bəstəkarların əsərlərini səsləndiriblər. Bunun nəticəsi olaraq hər iki gənc musiqiçi Moskva Dövlət Konservatoriyasında təhsillərini davam etdirmək dəvəti alıb.

Mstislav Rostropoviç Mədəniyyət və Humanitar Proqramlar Fondu rəhbərliyinin qərarına əsasən 2010/2011-ci tədris ilinə İsrafil Rəsulov D.D.Şostakoviç adına, Nicat Məmmədov S.S.Prokofyev adına təqaüdə layiq görülüb.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 817

Oxşar yazılar