Ağaxan Abdullayev Türkiyədə müalicə olunur
Xanəndənin yaxın dostu, kaman ustası Firuz Əliyevin Lent.az-a verdiyi məlumata görə, Ağaxan Abdullayev artıq iki aya yaxındır ki, Türkiyədədir: “Bir müddət əvvəl qulağının biri eşitmədi. Müayinədən sonra məlum oldu ki, burunla qulaq arasına çirk yığılıb. Hazırda Türkiyədə bunun müalicəsini edirlər. Oğlu da Ağaxan müəllimlə Türkiyədədir. Tez-tez zəng vurub səhhəti ilə maraqlanıram. Oğlunun dediyinə görə, Ağaxan müəllim özünü yaxşı hiss edir”.
F. Əliyevin sözlərinə görə, Ağaxan Abdullayev 5-10 gündən sonra Bakıya qayıtmalıdır.
Xəyalə
F. Əliyevin sözlərinə görə, Ağaxan Abdullayev 5-10 gündən sonra Bakıya qayıtmalıdır.
Xəyalə
1310