Vahid Qazinin “Ruhlar şəhəri” kitabı nəşr olunub - FOTO
Kitab 17 ildir işğal altında qalan Ağdama həsr olunub. Kitaba müəllifin 15 essesi, Ramiz Rövşənin “Mümkünsüz qayıdışın əzabı” adlı ön sözü və ABŞ-ın Corciya Dövlət universitetinin professoru Rafiq Əliyevin “Qiyamətə qalmış 4 dəqiqə” adlı son sözü daxildir.
Ağdam xatirələrindən ibarət “Ruhlar şəhəri” silsiləsi bu il ərzində Lent.az, Media Forum saytlarında, “525-ci qəzet”də dərc olunub. Müəllif kitabı oxucuya bu sözlərlə təqdim edir: “WebUrbanist.com internet nəşri Ağdamı turistlər arasında maraq doğuran “24 ruhlar şəhəri” siyahısına salıb. Səni ora aparacam, xatirələrimin yurdundan, yurdumun xatirələrindən danışacam. Sən bu şəhəri bəzən 5 yaşlı körpənin heyrəti, bəzən 10 yaşlı uşağın marağı, bəzən də 15 yaşlı yeniyetmənin hissləriylə duyacaqsan. Onu bir uşağın hələ kirlənməyən dünyasından keçib görəcəksən. İndi sakini sərgərdan ruhlar olan bir şəhərə - mənim şəhərimə səyahətə gedirsənsə, yanıma gəl, qolundan tutum, birlikdə gedək...”
1968-ci ildə Ağdamda doğulmuş Vahid Qazi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Ədalət”, “Azərbaycan” qəzetlərində, Prezident Administrasiyasında çalışıb. “III Sektor”, “Svobodnaya volya” jurnallarının naşiri olub. “Ruhlar şəhəri” aparıcı nəşrlərdə publisistik yazılarla çıxış edən Vahid Qazinin ilk kitabıdır.
“Ruhlar şəhəri” kitabını Bakının kitab mağazalarından və metropolitenin satış köşklərindən əldə etmək olar.
Əlaqə telefonları: (99412) 492 03 56, (99455) 518 43 00.

Oxşar yazılar

Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29