“Cavad xan” filmi macarların böyük marağı ilə qarşılandı
Nümayişlə əlaqədar filmin ssenari müəllifi, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, baş rolun ifaçısı xalq artisti Nurəddin Mehdixanlı, filmin yayım və reklam hüquqlarının sahibi olan “ULUS Film” prodüser mərkəzinin direktoru Gəray Əlibəyov Macarıstanda səfərdədir.
Azərbaycanın Macarıstandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, nümayişdən öncə çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib ki, məhz “Cavad xan” filminin göstərilməsi həm Azərbaycan kino mədəniyyətinin Macarıstanda təbliği, həm də Azərbaycan tarixinin müəyyən dövrü ilə bağlı həqiqətlərin macar tamaşaçılarına çatdırılması baxımından olduqca mühümdür.
Filmin ssenari müəllifi Sabir Rüstəmxanlı Avropanın mərkəzində yerləşən bir ölkənin tamaşaçılarını tarixi filmlə təəccübləndirməyin çətin olduğunu deyib. Lakin o, Azərbaycanın tarixi ilə bağlı həqiqətlərin öyrənilməsi baxımından filmin maraqla qarşılanacağına inandığını qeyd edib. S.Rüstəmxanlı XIX əsrin əvvəllərində Azərbaycanda baş vermiş tarixi hadisələrlə bağlı tamaşaçılara məlumat da verib.
Daha sonra çıxış edən Nurəddin Mehdixanlı “Cavad xan” filmini macar tamaşaçısına təqdim etməkdən məmnun olduğunu söyləyərək filmin macarların marağına səbəb olacağından əminliyini ifadə edib.
Nümayişdə filmin quruluşçu rejissoru Rövşən Almuradlının iştirakı nəzərdə tutulsa da, səhhətində olan problemlərlə əlaqədar onun Budapeştə səfəri baş tutmayıb.
Məlumata görə, macarlar filmi böyük maraqla qarşılayıb.
Nümayişdən sonra Azərbaycanın Macarıstandakı səfirliyində tədbirlə bağlı qəbul keçirilib. Qəbulda filmin yaradıcı heyətinin üzvləri, Azərbaycan diasporunun nümayəndələri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr, diplomatik korpusun üzvləri, macar ictimaiyyətinin nümayəndələri iştirak edib. Qəbulda iştirak edən qonaqlar filmlə bağlı fikir mübadiləsi aparıb və təəssüratlarını bölüşüblər.
Filmin yaradıcı heyətinin üzvləri tərəfindən Macarıstanda bir sıra işgüzar görüşlərin keçirilməsi də nəzərdə tutulur.

1642