“Cavad xan” filminin yaradıcı heyəti Macarıstana səfər edib – FOTO
Nümayişlə əlaqədar olaraq, Macarıstana filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, Cavad xan obrazının ifaçısı xalq artisti Nurəddin Mehdixanlı və “Ulusfilm” prodüser mərkəzinin rəhbəri Gəray Əlibəyov gedib. Filmin quruluşçu rejissoru Rövşən Almuradlı isə yenicə əməliyyat olunduğuna görə səfərdə iştirak edə bilməyib.
Hazırda Budapeştdə olan Gəray Əlibəyovun Lent.az-a verdiyi məlumata görə, Azərbaycanın Macarıstandakı səlahiyyətli səfiri Vilayət Quliyev oktyabrın 4-də yerli
televiziya və mətbuat nümayəndələrinin iştirakı ilə qonaqları səfirlikdə qəbul edib. Səfir iki dövlət arasında mədəni və dostluq münasibətlərindən söhbət açaraq, bu əlaqələrin n daha da genişlənəcəyini, inkişaf edəcəyini söyləyib.
Xalq şairi Sabir Rüstəmxanlı və xalq artisti Nurəddin Mehdixanlı mərkəzi televiziya və mətbuat nümayəndələrinə “Cavad xan” filmi barədə müsahibələr veriblər.
Tədbirin sonunda “Duna” mərkəzi televiziya kanalının rejissoru Voka Sabo qonaqlara və səfir Vilayət Quliyevə bu gözəl görüşə görə öz minnətdarlığını bildirib.
Günün sonunda isə V.Quliyev bütün səfirlik işçilərini bir araya toplayaraq görüləcək tədbirlər planını qonaqlarla birgə müzakirə edib.
G.Əlibəyov onu da vurğulayıb ki, tərcümə işlərini Macarıstanda çox tanınan türkşünas Qal Timea həyata keçirib.
Xəyalə

Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55