YUNESKO ekspertləri qeyri-maddi mədəni irsə dair görüş keçirib
01 oktyabr 2010 16:42 (UTC +04:00)

YUNESKO ekspertləri qeyri-maddi mədəni irsə dair görüş keçirib

Görüşdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Y.Hüseynli təmsil edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, tədbirə Albaniya, Azərbaycan, Bolqarıstan, Çin, Fransa, Keniya, Koreya Respublikası, Qabon, Meksika, Mərakeş, Tunis, Türkiyə, həmçinin YUNESKO və TÜRKSOY nümayəndələri qatılıb. Qeyri-maddi mədəni irs sahəsində formal və qeyri-formal təhsilin əhəmiyyəti, müxtəlif aspektləri, həmçinin bu sahədə uşaq bağçalarından başlayaraq ali təhsil ocaqlarına qədər təhsil metodikalarının təkmilləşdirilməsi, milli qanunvericiliklərin inkişaf etdirilməsi, yerli mədəniyyət siyasətçilərinin, qeyri-hökumət təşkilatlarının, ustad-tələbə, ictimai mərkəzlər və kütləvi informasiya vasitələrinin rolu müzakirə olunub.


Y.Hüseynli “Qeyri-maddi mədəni irs sahəsində təhsilin mənası” adlı təqdimatında qeyri-maddi mədəni irsin qədim xarakterinə, sahəyə aid olan müxtəlif mütəxəssislərin (mədəniyyətşünasların, folklorşünasların, folklor-musiqişünasların və s.) olmasına baxmayaraq, məhz “qeyri-maddi mədəni irs mütəxəssisi” hazırlayan təhsilin hələlik formalaşmadığı qeyd edib. Bildirib ki, “Qeyri-maddi mədəni irs” ayrıca bir ixtisas kimi qərarlaşdırılmalı, buraxılan məzun isə qeyri-maddi mədəni irsin mədəniyyət fəzasındakı yeri, diyarşünaslıq, folklor və sənətkarlıq kimi əsas istiqamətləri ilə yanaşı, sahə üzrə mədəniyyət siyasətinin qanunvericilik, inzibatçılıq, maliyyələşdirmə, elm-informasiya təminatı, kadr, maddi-texniki və beynəlxalq təminatlarının, qeyri-maddi mədəni irsin alətləri və infrastrukturunun incəliklərinə bələd olmalıdır.
Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792

Oxşar yazılar