Mənsum İbrahimov 50 yaşını qeyd edir –
01 oktyabr 2010 16:15 (UTC +04:00)

Mənsum İbrahimov 50 yaşını qeyd edir –

Yubiley münasibəti ilə bu gün xanəndənin çalışdığı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir keçirilib.

Lent.az-ın məlumatına görə, tədbirdə ilk olaraq, yubilyarın həyat və yaradıcılığından söhbət açılıb. Bildirilib ki, Ağdamda dünyaya gələn Mənsum İbrahimov 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni maarif fakültəsində təhsil alıb. 1985-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülən xanəndə Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunub. 1993-cü ildən “Leyli və Məcnun” operasında Məcnun rolunu yaradır.

Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoyan Mənsum İbrahimov hazırda əksər tamaşada aparıcı partiyaları ifa edir. “Leyli və Məcnun” operasında Məcnun, “Aşıq Qərib”də Qərib, “Gəlin qayası”nda Camal, “Sevil”də Azançı muğam ustasının böyük peşəkarlıqla yaratdığı obrazlardır.

Çıxışlardan sonra yubilyar səhnəyə dəvət olunub. Daha sonra konsert proqramı başlayıb-. Elməddin İbrahimov, İlona Çərkəzova, Məhəmməd Qorçubəyli, Günay Musayeva, Arzu Əliyeva və başqalarının ifası tamaşaçılar tərəfdən maraqla qarşılanıb. Aytən Məhərrəmova isə ustadı hesab etdiyi Mənsum İbrahimova yazdığı şeiri oxuyub və “Mahur” təsnifini səsləndirib.

Sonda yubilyar belə bir tədbiri təşkil etdiyinə görə, məktəb rəhbərliyinə, çıxışçılara öz minnətdarlığını bildirib.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1251

Oxşar yazılar