Bakı Dövlət Sirki mövsümü açır
Bakı Dövlət Sirki yeni mövsümü oktyabrın 22-də açmağı planlaşdırılır. Bununla əlaqədar olaraq sirk rəhbərliyinin dəvətilə Bakıya böyük bir proqram gəlir. Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovun Lent.az-a verdiyi məlumata görə, Böyük Moskva Sirki “Zolaqlıların Bakı səfəri” adlı yığma proqramla sirkin arenasında çıxış edəcək. Onun sözlərinə görə, proqramın tərkibinə şir, pələng, meymunlar və digər müxtəlif heyvanlarla nömrələr, illüziyalar, hava gimnastlarının, jonqlyorların, akrobatların çıxışı və s. daxildir: “Proqrama elə nömrələr daxildir ki, onlar ilk dəfə nümayiş olunacaq. Məsələn, dəvəquşu, kenquru ilə nömrələr var. Ümumiyyətlə, orijinal və maraqlı bir proqram olacaq. Ümid edirik ki, bu dəfə də tamaşaçıların böyük marağına səbəb olacaq”.
Mahir Hümbətov qeyd edib ki, proqram noyabrın ortalarına qədər davam edəcək. Əsasən cümə, şənbə, bazar, məktəblilərin payız tətili günlərində isə hər gün bir neçə seansla göstəriləcək. Biletlər isə artıq bir neçə gündən sonra satışa çıxarılacaq.
Xəyalə Muradlı

3014