Beynəlxalq Musiqi Festivalı başa çatdı
Lent.az-ın məlumatına görə, festivalın son konserti sentyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində olub. Konsertdə Sinqapurun “TANG” simli kvarteti çıxış edib.
Konsertin proqramında Bethovenin “Böyük fuqa”, Firəngiz Əlizadənin “Oazis” və “Muğamsayağı”, S. Barberin “Simli kvartet” əsərləri yer alıb.
“TANG” kvarteti Sinqapurun ilk klassik simli kvartetidir. 1992-ci ildə yaradılan kvartet 1999-cu ildən geniş konsert fəaliyyətinə başlayıb. İfaçıların soyadlarının əksi olan “TANG” adı Tanq sülaləsi mədəniyyətinin qızıl dövrünü simvolizə edir. Dünyanın bir çox ölkələrində uğurla çıxış edən kvartet bir sıra beynəlxalq müsabiqələrin laureatı olub.
Xatırladaq ki, Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi bəstəkarın doğum günündə - sentyabrın 18-də Heydər Əliyev adına Sarayında keçirilən təntənəli konsert proqramı baş tutub. 10 günlük festival çərçivəsində Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Kanada, Sinqapur və digər ölkələrin görkəmli ifaçıları, musiqi kollektivləri çıxış ediblər.
Xəyalə Muradlı

Oxşar yazılar

Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43