Gənc Tamaşaçılar Teatrının bu mövsümə vədləri
27 sentyabr 2010 19:47 (UTC +04:00)

Gənc Tamaşaçılar Teatrının bu mövsümə vədləri

Teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimovanın Lent.az-a verdiyi məlumata görə, hazırda bir neçə yeni tamaşanın səhnələşdirilməsi üzərində işlər aparılır. Bunlardan biri Çarlz Dikkensin “Oliver Tvistin macəraları” əsəri əsasında hazırlanan tamaşadır ki, ona xalq artisti Vaqif Əsədov quruluş verir. Hazırda məşqləri gedən tamaşanın premyerası oktyabrın axırında baş tutacaq.


Növbəti tamaşa “Mənim ağ göyərçinim” adlanır. Tamaşanı Cənnət Səlimova Tamara Vəliyevanın eyniadlı əsəri əsasında səhnələşdirir. Tamaşa noyabrın sonunda tamaşaçıların ixtiyarına veriləcək. Qeyd edək ki, bu tamaşa bir neçə il öncə də teatrda nümayiş olunub. Amma bu dəfəki quruluş tamamilə yeni formada təqdim ediləcək.


Dekabrda premyerasının keçirilməsi planlaşdırılan üçüncü tamaşa isə “Romeo və Cülyetta”dır. Tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, quruluşçu rəssamı Şota Qrudjitsedir.


Baş rejissorun sözlərinə görə, gələn il əsərləri səhnələşdiriləcək müəlliflər də məlumdur. Onların sırasında Elçin və Əli Əmirli də var.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 884

Oxşar yazılar