Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi keçiriləcək
Müsabiqə və konfransı Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə Bakı Musiqi Akademiyası bazası əsasında Təhsil Nazirliyi təşkil edir.
Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbirlər
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 və akademiyanın orta ixtisas musiqi
məktəb-studiyasının 30 illiyinə həsr olunub. Dünya təcrübəsində analoqu olmayan bu
müsabiqə və konfransların məqsədi Qara Qarayevin fortepiano yaradıcılığının dərindən
öyrənilməsi vasitəsilə təbliği, nəzəriyyə və ifaçılıq təcrübəsinin qarşılıqlı vəhdəti,
müxtəlif ölkələrin musiqi mədəniyyətinin yaxınlaşdırılmasıdır.
Məlumata görə, müsabiqə qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşəcək. Hər bir
yaş qrupu üzrə mükafat yerlərini tutan qaliblər “Beynəlxalq müsabiqə laureatı” adına
layiq görüləcək. Diplom alan şəxslərə isə “Beynəlxalq müsabiqə diplomantı” adı
veriləcək.
Müsabiqə laureatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında yekun konsertdə iştirak edəcəklər.
Qeyd edək ki, müsabiqənin sədri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəylidir.
Xəyalə Muradlı

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06