Balakəndə qədim yaşayış məskəninin qala divarları tapıldı
Balakən rayonunda aparılan arxeoloji qazıntıların birinci mərhələsi sona çatmaq üzrədir. Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytına istinadən verdiyi məlumata görə, Balakən rayonunun Qazma kəndi ərazisində kurqan ehtimalı olunan təpədə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən materiallar islamaqədərki dövrü əhatə edir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan qazıntılar nəticəsində 30-dan çox islamaqədərki insan məzarları, bundan başqa, çox qədim yaşayış yerinin divar qalıqları aşkar edilib.
Ekspedisiya qrupu rayonun Kortala kəndində “Xəncər itən Qobu” adlanan ərazidə də arxeoloji kəşfiyyat işləri aparıb. Aparılmış qazıntılar nəticəsində Kortala kəndinin “Xəncər itən Qobu” adlanan hissəsində eramızdan əvvəl VII-IV yüzilliklərə aid bir neçə nekropol üzə çıxarılıb. Arxeoloji qazıntı aparılan 2 nekropoldan hər birində Qafqaz Albaniyasının antik dövr mədəniyyətini, sənətkarlığını əks etdirən onlarla saxsı qablar aşkar edilib. Burada dəfn kremasiya üsulu ilə həyata keçirilib. Dəfn edilənlər bükülmüş vəziyyətdədir, nekropolda aşkarlanan qablar isə buta və ay şəklində düzülüb. Dəfn edilənlərin üzərində çoxlu sayda misdən və müxtəlif daşlardan hazırlanmış zinət əşyaları aşkar edilib.

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06