TÜRKPA-ya üzv dövlətlərin parlament aparatlarının rəhbərləri İçəri Şəhərdə olublar
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, qonaqlar ilk növbədə Şirvan hakimlərinin iqamətgahı, orta əsr abidəsi - “Şirvanşahlar Sarayı Kompleksi” ilə tanış olub, burada sərgilənən rəsmlərə və tarixi eksponatlara tamaşa ediblər. Kompleksin XVI əsrə aid olan yeganə tikilisi “Murad” darvazası S. Kalkanın marağına səbəb olub.
Tanışlığa Kiçik Qala küçəsi ilə davam edən rəsmilər, Qoşa Qala Qapıları meydanından keçərək ölkəmizin Mərkəzi Asiya və Hindistanla qədim iqtisadi əlaqələrinin mövcud olmasının göstəricisi olan Buxara və Multanı karvansaralarında olublar. Sıratağlı dini-memarlıq kompleksinin (“Bazar Meydanı”) ərazisindəki müxtəlif dövrlərə aid bədii daş yonma sənətinin nümunələrinə baxıblar.
İçəri Şəhər ərazisində gəzinti qonaqlara sözügedən abidənin yaxınlığında yerləşən, Bakı səhərinin simvolu və nadir memarlıq quruluşuna malik Qız Qalası abidəsi barədə ətraflı informasiya verilməsi ilə yekunlaşıb.

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06