Film Fonduna yeni sənədlər daxil edilib
17 sentyabr 2010 19:43 (UTC +04:00)

Film Fonduna yeni sənədlər daxil edilib

Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin Lent.az-a verdiyi məlumata görə, bu materiallar arasında 16-35 millimetrlik kinolentlər var. Bundan başqa, Tariyel Qasımovun çəkildiyi kinolara, rəhbərlik etdiyi həvəskar kinostudiyada istehsal olunan filmlərə aid sənədlər də var.


Cəmil Quliyevin sözlərinə görə, görkəmli operator və rejissor Zaur Məhərrəmovun şəxsi foto arxivi də fonda təqdim olunub. Sənədlər arasında müxtəlif mədəniyyət xadimləri ilə çəkilən şəkillər, filmlərdən kadrlar da yer alıb.


Hazırda Türkiyə universitetinin professoru olan Zaur Məhərrəmov “Üzeyir ömrü”, “Uşaqlığın son gecəsi”, “Ad günü”, “Tənha narın nağılı” filmlərinin operatoru, “Köç”, “Meydan”, “Kazım bəy” sənədləri filmlərinin rejissoru olub.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 743

Oxşar yazılar