Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
16 sentyabr 2010 20:46 (UTC +04:00)

Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Lent.az-ın məlumatına görə, dahi Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə keçirilən tədbir akademiyanın qarşısında start götürüb. Tədbirdə çıxış edən “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov bütün şuşalıların Üzeyir Hacıbəylinin Şuşada anadan olması ilə fəxr etdiklərini bildirib. Birlik sədri çıxışında bəstəkarın Azərbaycan mədəniyyətindəki danılmaz xidmətlərindən, eləcə də musiqimizin dünyada tanıtdığına görə bütün azərbaycanlıların ona borclu olduğunu qeyd edib.


Çıxışlardan sonra tədbir iştirakçıları bəstəkarın abidəsi önünə gül dəstələri qoyublar.


Tədbir “Cantempo” qrupunun ifası ilə davam edib. Konsertdə Üzeyir Hacıbəylinin əsərləri yeni aranjemanda təqdim olunub. Eləcə də gənc bəstəkarların Üzeyir Hacıbəyliyə həsr olunmuş yeni əsərləri səslənib. Konsertə dirijor Fəxrəddin Kərimov rəhbərlik edib.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 929

Oxşar yazılar