Bakı Uşaq Teatrından məktəblilər üçün görünməmiş layihə
13 sentyabr 2010 17:18 (UTC +04:00)

Bakı Uşaq Teatrından məktəblilər üçün görünməmiş layihə

Teatrın direktoru İntiqam Soltanın Lent.az-a verdiyi məlumata görə, 15 sentyabr – Bilik günündə birinciləri fərqli şəkildə təbrik edəcəklər. Teatrın aktyorları müxtəlif nağıl personajlarının obrazında bir neçə məktəbə gedərək birincilərə öz təbriklərini çatdıracaqlar: “Həmin gün 10-15 məktəbə getməyə çalışacağıq. Dədə Qorqud, Məlikməmməd, Tıq-tıq xanım və digər personajlar əvvəl bütün məktəbliləri ümumi təbrik edəcək. Sonra isə birincilərin sinfinə gedəcəklər. Onlarla söhbət edib, təbriklərini çatdıracaqlar. Həm də “Uşaq teatrı” qəzetinin birinci sayını hədiyyə verəcəklər”.


Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732

Oxşar yazılar