
98 yaşlı “Əsli və Kərəm”in partiturası ilk dəfə nəşr olunacaq – EKSKLÜZİV
Bu barədə Lent.az-a Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə məlumat verib. O bildirib ki, 98 illik tarixi olan bu operanın partiturası ilk dəfə olaraq işıq üzü görəcək: “Bu, tarixi əhəmiyyətli bir hadisədir. Çünki bu partitura ümumiyyətlə mövcud deyildi. Operanın ayrı-ayrı hissələrini müxtəlif şəxslərdən əldə etdik. Opera və Balet teatrının dirijoru, xalq artisti Kazım Əliverdibəyov, xalq artisti Canəli Əkbərov, Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru Sərdar Fərəcov, gənc bəstəkar Firudin Allahverdi və mən - layihənin koordinatoru və baş redaktoru olaraq, operanı müxtəlif mənbələrdən yığdıq, bir yerə cəmləşdirib hazırladıq. Böyük bir iş apardıq. Nəhayət, bu yaxınlarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Əsli və Kərəm”in partiturası ilk dəfə nəşr olunacaq”.
F. Əlizadə “Əsli və Kərəm” operasının partiturasının ilk nəşrini Üzeyir Hacıbəyovun 125 illik yubileyinə ən böyük töhfə hesab edir: “Yubiley münasibətilə keçirilən tədbirlərin hamısı çox gözəldir. Amma Üzeyir bəyin yaradıcılığının təbliğatında, qorunub saxlanmasında bu nəşri olduqca böyük hadisə hesab edirəm”.
Xəyalə Muradlı
F. Əlizadə “Əsli və Kərəm” operasının partiturasının ilk nəşrini Üzeyir Hacıbəyovun 125 illik yubileyinə ən böyük töhfə hesab edir: “Yubiley münasibətilə keçirilən tədbirlərin hamısı çox gözəldir. Amma Üzeyir bəyin yaradıcılığının təbliğatında, qorunub saxlanmasında bu nəşri olduqca böyük hadisə hesab edirəm”.
Xəyalə Muradlı
Oxşar yazılar

Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06
Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
9 may 2025 , 13:19
Selin Dion "Eurovision" səhnəsində çıxış edə bilər
8 may 2025 , 19:33
Prezidentdən Ramiz Rövşənlə bağlı SƏRƏNCAM
8 may 2025 , 16:30
Əhvalınızı yaxşılaşdıracaq 6 film - VİDEO
8 may 2025 , 16:04
Qızımın musiqidə də, həyatda da bəxti yoxdur - Xalq artisti Şəfiqə Eyvazova
8 may 2025 , 15:37