
Heydər Əliyev adına Saray yeni layihəyə start verib
Bu barədə Lent.az-a sarayın mətbuat katibi Anar Fərəczadə məlumat verib: “Əməkdar artist Aybəniz Haşımovayla çalışmağa qərar verdik. 1975-80-cı illərdən başlayaraq, nəinki gənc ifaçıların - estrada müğənnilərinin, aşıqların, muğam ifaçılarının, hətta bir sıra aktyorların üzə çıxmasında böyük rolu olan “İstedadlar axtarırıq” adlı müsabiqələrin keçirilməsini nəzərə alsaq, artıq bu sahədə Heydər Əliyev adına Sarayın böyük təcrübəsi olduğunu görərik. Sarayın səhnəsində keçirilən bu müsabiqələrin yetirmələri olan və aralarında hazırda da peşəkar yaradıcılıq fəaliyyətini müvəffəqiyyətlə davam etdirən bir sıra sənətkarlarımızın adlarını çəkmək olar. Bunlar xalq artistləri Ağadadaş Ağayev, Bilal Əliyev, əməkdar artistlər Baloğlan Əşrəfov, Ruhəngiz Allahverdiyeva, saz ustası Nemət Qasımlı, aktrisa Xanım Qafarova, aktyor Anar Heybətov və digərləridir. Bu konsert proqramında istedadlı gənc müğənnilər Milli Konservatoriyanın, Musiqi Akademiyasının, İncəsənət Universitetinin, Bülbül adına musiqi məktəbinin məzunları və tələbələri çıxış edəcək. Onların arasında Mirkamil Kamilov, Aynişan Quliyeva , Aygün İsmayılova, Müşfiq Əliyev, Fuad Ağayev, Çingiz Mustafayev çox böyük ümidlər verir”.
Mətbuat katibi deyib ki, Heydər Əliyev adına Sarayın rəhbərliyinin keçirilməsi nəzərdə tutulan bu maraqlı konsert proqramını hazırlamaqda məqsədi, sənətdə yeni addımlarını atan çox istedadlı gənclərə böyük səhnəyə yol açmaq və onları üzə çıxararaq, Azərbaycan musiqi sənətini daha da zənginləşdirməkdir.
Biletlərin qiyməti 10 manatdan – 25 manata qədərdir.
Lalə Yusifqızı
Mətbuat katibi deyib ki, Heydər Əliyev adına Sarayın rəhbərliyinin keçirilməsi nəzərdə tutulan bu maraqlı konsert proqramını hazırlamaqda məqsədi, sənətdə yeni addımlarını atan çox istedadlı gənclərə böyük səhnəyə yol açmaq və onları üzə çıxararaq, Azərbaycan musiqi sənətini daha da zənginləşdirməkdir.
Biletlərin qiyməti 10 manatdan – 25 manata qədərdir.
Lalə Yusifqızı
Oxşar yazılar

Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06
Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
9 may 2025 , 13:19
Selin Dion "Eurovision" səhnəsində çıxış edə bilər
8 may 2025 , 19:33
Prezidentdən Ramiz Rövşənlə bağlı SƏRƏNCAM
8 may 2025 , 16:30
Əhvalınızı yaxşılaşdıracaq 6 film - VİDEO
8 may 2025 , 16:04
Qızımın musiqidə də, həyatda da bəxti yoxdur - Xalq artisti Şəfiqə Eyvazova
8 may 2025 , 15:37