Famil Mehdinin şəxsi fonduna yeni sənədlər qəbul olunacaq
Arxivin direktoru Maarif Teymurun Lent.az-a verdiyi məlumata görə, yeni sənədlər şairin oğlu Şamil Mehdi tərəfindən təqdim olunacaq: “Hələ sağ ikən, Famil Mehdi özü arxivimizdə şəxsi fondunun yaradılmasını istəmişdi. Onda fonda çox az sənəd qəbul olunmuşdu. Amma 75 illiyilə əlaqədar fondu zənginləşdirmək məqsədilə biz onun ailəsinə müraciət etdik. Onlar da razılıq verdi. Hazırda Şamil Mehdi sənədləri toplayıb hazırlayır. Sentyabrın sonuna – Famil Mehdinin vəfat gününə qədər yeni sənədləri fonda daxil ediləcək”.
M.Teymurun sözlərinə görə, hazırlanma prosesində olan yeni sənədlərin sayı 1000-dən çoxdur. Bunların arasında Famil Mehdinin şeirləri, əlyazmaları, məktubları, pedaqoji fəaliyyətinə aid sənədlər var. Famil Mehdinin Tofiq Bayram, Fərman Kərimzadə, Qabil, Qulu Xəlilov, Nəriman Həsənzadə, Əliağa Kürçaylı və digər tanınmış şəxslərlə birgə fotoları da diqqəti cəlb edir.
Xəyalə

Oxşar yazılar

Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06
Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
9 may 2025 , 13:19
Selin Dion "Eurovision" səhnəsində çıxış edə bilər
8 may 2025 , 19:33
Prezidentdən Ramiz Rövşənlə bağlı SƏRƏNCAM
8 may 2025 , 16:30
Əhvalınızı yaxşılaşdıracaq 6 film - VİDEO
8 may 2025 , 16:04
Qızımın musiqidə də, həyatda da bəxti yoxdur - Xalq artisti Şəfiqə Eyvazova
8 may 2025 , 15:37