Milli Dram Teatrının direktoru ilk iclasını keçirəcək
06 sentyabr 2010 13:14 (UTC +04:00)

Milli Dram Teatrının direktoru ilk iclasını keçirəcək

Bu, onun direktor təyin olunduğu müddət ərzində bütün yaradıcı heyətlə birgə keçirəcəyi ilk iclası olacaq. Bu barədə Lent.az-a məlumat verən İsrafil İsrafilov bildirib ki, iclasda ümumi söhbət aparılacaq: “İndiyə qədər iclas keçirməyə imkan olmadı. Mən direktor təyin olunandan bir az sonra işçilər məzuniyyətə çıxdı. Ona görə də, bu iclası o qədər böyütmək lazım deyil. Burda ümumi söhbət olacaq. Teatrın binaya köçmək məsələsi də müzakirə olunacaq”.


İ. İsrafil onu da qeyd edib ki, teatr öz binasında fəaliyyətə başlayandan sonra aparılacaq islahatlar çərçivəsində struktur, ştat dəyişikliyi olacaq, yeni şöbələr açılacaq: “İslahatlar tək yaradıcı yox, texniki heyət arasında da aparılacaq və mərhələli xarakter daşıyacaq. Bizim əsas məqsədimiz teatrın əvvəlki şöhrətini qaytarmaq, ölkənin hüdudlarından kənara çıxarmaqdır. Bunu bacaran qüvvələr teatrda işləyəcək, bacarmayanlarsa gedəcək”.


Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 850

Oxşar yazılar