
Niyazinin heç yerdə səslənməyən kiçik həcmli pyesləri nəşr olunacaq
Azərbaycanın görkəmli bəstəkarı və dirijoru maestro Niyazinin bəzi əlyazmaları not şəklinə salınaraq nəşr ediləcək. Bu barədə Lent.az-a məlumat verən Niyazinin mənzil muzeyinin direktoru Rza Bayramov bildirib ki, bu əlyazmalara Niyazinin kiçik həcmli əsərləri daxildir. Əsərlərin heç biri indiyədək heç yerdə səslənməyib: “Onların bəziləri hətta fraqment şəklindədir. Bu səbəbdən də üzərində müəyyən tamamlanma, redaktə işlərinin aparılması üçün əsərləri musiqiçilərdən birinə təqdim etmək istəyirik. Çox güman ki, bu, Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyova olacaq. Ülviyyə Hacıbəyova özü də həmin nəsildəndir. Soltan Hacıbəyovun gəlinidir”.
Rza Bayramov onu da xatırladıb ki, Niyazinin iki il əvvəl çap olunan piano üçün pyeslərini də Ülviyyə Hacıbəyova redaktə edib.
Xəyalə
Rza Bayramov onu da xatırladıb ki, Niyazinin iki il əvvəl çap olunan piano üçün pyeslərini də Ülviyyə Hacıbəyova redaktə edib.
Xəyalə
Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06