Mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqəyə ərizə qəbulu başlayıb
Milli Televiziya və Radio Şurası (MTRŞ) Mədəniyyət telekanalının açılması ilə bağlı elan etdiyi müsabiqəyə bu gündən ərizə qəbulu başlayıb.
Şuranın sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, müsabiqə sentyabrın 15-dək davam edəcək. Mədəniyyət telekanalının ixtisaslaşmış kanal olacağını bildirən N. Məhərrəmli deyib ki, bu televiziyanın açılması üçün müəyyən olunan kriteriyalar da sırf mədəniyyət kanalı kimi ixtisaslaşmış kriteriyalar olacaq: “Burada sifasətdən, idmandan və başqa məsələlərdən geniş danışılmayacaq. Xəbərlər mədəniyyətlə bağlı olacaq. Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, mənəvi dəyərləri, adət ənənələri və s. təbliğ ediləcək. Kanalda dünya mədəniyyətinin inciləri də təbliğ olunmalıdır. Bizim bu məsələyə yanaşmamış kifayət qədər ciddidir. Ölkədə çoxsaylı özəl telekanal var və onların fəaliyyətində bu sahə ilə bağlı olan çatışmazlıqlar bizi belə bir telekanal yaratmağa vadar etdi. Ona görə də bu kanal yaranandan sonra cəmiyyətin bu sahəyə olan tələbatı ödənməlidir”.
N. Məhərrəmli onu da bildirib ki, şura telekanalın kadr məsələsinə qarışmayacaq: “Bu məsələdə tövsiyə verə bilərik. Amma bu işi öz üzərinə götürən şəxs kadr məsələsinə də ciddi fikir verməlidir”.
N. Məhərrəmli telekanalın ilk 6 ayı ərzində Bakı və Abşeronda yayımlanacağını, daha sonra isə ölkənin böyük bir ərazisini əhatə edəcəyini bildirib.

628