Kino Günü qeyd olundu
Avqustun 2-də Muzey Mərkəzində Milli Kino Günü ilə bağlı tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri Dövlət Film Fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq bütün kino işçilərini bayram münasibətilə təbrik edib. Bildirib ki, ilk kino seansı 42 il əvvəl keçirilib, bununla da şanlı kino tarixinin səhifələri yazılmağa başlayıb: “Bütün bu illər ərzində kino intibah dövrünü də yaşadı, tənəzzülə də uğradı. Ancaq son illər Azərbaycan kinosu xeyli inkişaf etməyə başlayıb. Ölkə başçısı kino sahəsilə bağlı iki mühüm sərəncam imzaladı. Bu sərəncamda kinonun inkişaf strategiyası, yolları göstərildi. Film Fondun binası təhvil verildi. Hazırda “Nizami” kinoteatrı bərpa olunur. Çəkilən filmlərin də istehsalı artıb. Artıq 10 film istehsal olunur. Sənədli kino da sürətlə inkişaf edir. Mən hesab edirəm ki, Azərbaycan kinosuna böyük diqqət var”.
Kino Günü ilə bağlı hazırlanmış video çarxın nümayişindən sonra kino sahəsindəki xidmətlərinə görə, 16 kino veteranı fəxri fərman və pul mükafatı ilə təltif edildi. Bundan başqa “Bu meydan, bu ekran” layihəsinin qalibləri elan olundu. Bunlar “Gözlərinə gün düşür”, “Atamı çox sevirəm” və “Günəşdə ləkələr” layihələridir ki, onların da əsasında bədii film çəkiləcək.
Tədbirdə Dövlət Film Fondunun kolleksiyasından “Azərbaycan kino plakatı. 1930-1980” sərgisinin də açılışı olub.
Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tədbirdə çıxış edəcəyi deyilsə də, nazir mərasimə qatılmadı.
Kino Günü ilə bağlı növbəti tədbir bu gün axşam Heydər Əliyev Sarayında keçiriləcək. Eyni zamanda Rüstəm İbrahimbəyovun “Kabusun gözüylə” filminin premyerası baş tutacaq.
Xəyalə Muradlı

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06