Üzeyir Hacıbəyovun naməlum əsərləri səsləndiriləcək
Üzeyir Hacıbəyovun ev muzeyi dahi bəstəkarın 125 illik yubileyi ilə əlaqədar tədbirlər keçirməkdə davam edir. Muzeyin direktoru Sərdar Fərəcovun Lent.az-a verdiyi məlumata görə, yubiley tədbirləri çərçivəsində bəstəkarın indiyədək hələ heç yerdə səslənməyən naməlum əsərlərindən ibarət konsertin keçirilməsi planlaşdırılır. Bu məqsədlə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, xalq artisti, professor Rauf Abdullayevlə danışıqlar aparılır.
S. Fərəcovun sözlərinə görə, Amerika bəstəkarı Con Hayner Üzeyir Hacıbəyova həsr olunmuş əsər bəstələyib. Yubiley çərçivəsində keçiriləcək tədbirlər zamanı bu əsərin də səsləndirilməsi planlaşdırılır.
Bununla yanaşı, bəstəkarın həyat və yaradıcılığını əks etdirən bir neçə kitab da işıq üzü görəcək. Sərdar Fərəcovun qələmə aldığı “Üzeyir Hacıbəyov nasirlərin xatirələrində” və “Üzeyir işığında” kitabları artıq çapa təqdim olunub. “Şeyx Sənanın izilə” kitabı isə payızda nəşr olunacaq: “Onu da qeyd etməliyəm ki, biz bəstəkarın ev muzeyi olaraq hələ ilin əvvəlindən yubileyə hazırlaşırıq. Məsələn, yanvarda Üzeyir bəylə bağlı məlumatları özündə əks etdirən təqvim işıq üzü gördü. Mayda isə “Ər və arvad” operettası ilə bağlı konfrans keçirdik. Orada oxunan məruzələri kitab şəklində buraxdıq və müxtəlif kitabxanalara payladıq. 2010-cu il bütövlükdə yubiley ili sayıldığından, tədbirlər ilin sonuna qədər davam edəcək”.
Xəyalə Muradlı

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06