İki film ilin sonunda təhvil veriləcək
26 iyul 2010 13:15 (UTC +04:00)

İki film ilin sonunda təhvil veriləcək

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasında istehsal olunan iki filmin çəkilişləri artıq başa çatıb. Kinostudiyanın direktoru Xamis Muradovun Lent.az-a verdiyi məlumata görə, hər iki film artıq montaj prosesinə başlayıb.

Bunlar, Elxan Cəfərovun “Bəşəriyyətin xilası” və Ənvər Əblucun Çingiz Abdullayevin ssenarisi əsasında çəkdiyi “Tərsinə çevrilmiş dünya” filmləridir. Hər iki ekran əsəri ilin sonuna qədər tam hazır olacaq və premyerası keçiriləcək.

Kinostudiyada istehsal olunan digər bir film - Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filmi isə hələ hazırlıq dövrü keçir.

Görkəmli teatr və kino xadimi, rejissor, aktyor Adil İsgəndərovun 100 illik yubileyi ilə bağlı kinostudiya tərəfindən təşkil olunacaq tədbirə gəlincə, X. Muradov bunun sentyabrda dəqiqləşəcəyini söyləyib.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar